...

Türkiyədə yeni parlament seçkiləri 2007-ci ilin noyabrında keçiriləcək

Dünya xəbərləri Materials 13 Oktyabr 2006 10:32 (UTC +04:00)

Oktyabrın 12-də axşam Türkiyə parlamenti yeni parlament seçkilərinin 4 noyabr 2007-ci ildə keçirilməsinə dair qərar qəbul edib. Beləliklə, ölkədə vaxtından əvvəl seçkilərin keçirilib-keçirilməyəcəyi ilə bağlı mübahisələrə son qoyulub.

"Növbəti parlament seçkiləri 2007-ci ildə noyabrın ilk bazar günü, yəni ayın 4-də keçiriləcək ", - deyə Türkiyə Məclisinin yerli KİV-də yayılmış qərarında deyilir.

Trend in RİA Novosti agentliyinə istinadən xəbər verdiyi kimi, müxalifət ölkədə vaxtından əvvəl seçkilərin keçirilməsində israr edirdi. Müxalifət bəyan edirdi ki, yeni prezident yeni parlament tərəfindən seçilməlidir. Türkiyənin hazırkı prezidenti Əhməd Necdət Sezərin bu postda olduğu 7 illik müddətin başa çatması ilə əlaqədar mayda yeni prezident seçkiləri keçiriləcək.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (baş nazir Rəcəb Tayib Ərdoğan rəhbərlik edir) 2002-ci ilin noyabrından hakimiyyətdədir. Sonuncu sosioloji sorğulara əsasən, ölkədə seçkilər keçirilərsə, partiya 26% do 33%-dək səs toplaya və təkpartiyalı hökumət yarada bilər.

Xəbər lenti

Xəbər lenti