Oktyabrın 17-də Astanada Qazaxıstan-Almaniya sahibkarlarının, o cümlədən ölkənin bir sıra dövlət orqanları nümayəndələrinin iştirakı ilə ikigünlük investisiya biznes-forumu öz işinə başlayacaq. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə XİN-in mətbat xidmətindən məlumat verilib.
Forumun təşkilatçıları Qazaxıstanın Sənaye və Ticarət Nazirliyi ilə Qazaxıstan-Almaniya İş Adamları Assosiasiyasıdır.
Forumun məqsədi iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsindən ibarətdir.