...

Türkiyənin ilk bölmələri Livana yola düşür

Dünya xəbərləri Materials 19 Oktyabr 2006 11:33 (UTC +04:00)

Oktyabrın 20-də Mərsin limanında Livanda sülhün dəstəklənməsi üzrə sülhməramlı kontingent heyətindən birinci türk bölməsinin təntənəli yola salınma mərasimi keçiriləcək.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, birinci mərhələdə 261 hərbçi, o cümlədən 24 mülki şəxs göndərilir. Onlar əsasən Türkiyə SQ-nin mühəndis-texniki bölmələrini təmsil edir.

Hərbi və yük nəqliyyat vasitələrinin, tibbi avdanlıq və s. gəmilərə yüklənməsi artıq başa çatıb.

Yola salınma prosesinin Türkiyəyə məxsus "İskəndərun" və "Sərdar" gəmiləri ilə həyata keçiriləcəyi nəzərdə tutulur. Bu gəmiləri Livan sahillərinədək "Bafra" və "Beykoz" gözətçi hərbi gəmiləri müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti