BMT Baş Assambleyası İsraili nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşulmağa və bütün nüvə obyektlərini Atom Eenerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətinə təhvil verməyə çağırıb.
BMT BA-nın birinci komitəsi tərəfindən 156 səs çoxluğu ilə qəbul olunmuş qətnamədə qeyd olunur ki, İsrail "Yaxın Şərqdə bu müqavilənin iştirakçısı olmayan yeganə dövlət olaraq qalır".
Trend in İTAR-TASS agentliyinə istinadən xəbər verdiyi kimi, sənəddə bütün Yaxın Şərq ölkələrinin müqaviləyə qoşulmasını təmin etmək üçün İsrailin bütün nüvə obyektlərini MAQATE-nin zəmanətinə vermək, başqa üsullarla nüvə silahı hazırlamamaq, sınaqdan keçirməmək və əldə etməmək, o cümlədən nüvə silahına malik olmaqdan imtina etmək çağırışı öz əksini tapıb.