...

"Biz Türkiyəni itiririkmi?" adlı simpozium keçirilib

Dünya xəbərləri Materials 15 Noyabr 2006 13:22 (UTC +04:00)

"Biz Türkiyəni itiririkmi?" adlı simpozium Almaniyanın Marşal fondu tərəfindən təşkil olunub. Tədbirdə dövlət naziri Əli Babacan, ABŞ-ın Kipr üzrə keçmiş xüsusi nümayəndəsi Riçard Holbruk, eləcə də Avropa Birliyinin genişlənməsinə görə məsul şəxs Olli Reyhn iştirak edib. O.Reyhn simpoziumdakı çıxışı zamanı qeyd edib ki, AB tövsiyyələri üzrə Türkiyə tərəfindən həyata keçirilən islahatlar, eləcə də Kipr münaqişəsinin nizamlanmasına dair atılan addımların geriyə yolu yoxdur. O, Türkiyə Konstitusiyasının söz azadlığının məhdudiyyətlərini aradan qaldıran 301-ci maddəsinin ləğvinə dair müsbət irəliləyişlərin olduğunu vurğulayıb. Bu barədə Trend in Ankaradakı xüsusi müxbiri xəbər verir.

O.Reyhn Türkiyənin AB üçün strateji əhəmiyyətinin azalması üzrə səyləri əsassız adlandırıb. O cümlədən, bu ölkənin bölgədə demokratiyanın səviyyəsinin qaldırılması və Qərb və İslam dünyası arasında dialoq üçün körpünün yaranması məsələsi üzrə rolunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti