...

Rusiya Cənubi Osetiyaya elektrik enerjisinin ixracını həyata keçirir

Dünya xəbərləri Materials 1 Dekabr 2006 18:18 (UTC +04:00)

Rusiyadan Gürcüstana elektrik enerjisi yalnız qondarma Cənubi Osetiya üçün idxal olunur. Trend -in Tiflisdəki xüsusi müxbirinə Gürcüstanın elektroenergetika sisteminin ticarət operatorundan məlumat veriblər ki, söhbət Gürcüstanın enerji sisteminə daxil olmayan ötürülmədən gedir və onun həcminə Gürcüstan tərəfi nəzarət edir.

Hazırda məlumdur ki, Cənubi Osetiyanın ərazisinə sutkada 0,37 milyon kv.s. elektrik enerjisi idxal olunur. Ay ərzində sərf olunan enerjinin dəqiq həcmini müəyyən etmək çətindir, belə ki, sərfetmə sistematikdir və stabil xarakter daşımır.

Xəbər lenti

Xəbər lenti