...

İrandan Türkiyəyə tədarük olunan qazın həcmi 7 mln. kub metrə enib

Dünya xəbərləri Materials 16 Dekabr 2006 13:38 (UTC +04:00)

İran Türkiyəyə gündəlik tədarük olunan qazın həcmini 7 mln. kub metrə endirib. İran-Türkiyə razılaşmasına müvafiq olaraq, İran təbii qazının normal tədarükü 27 mln. kub metr təşkil etməlidir.

Trend in Ankaradakı xüsusi müxbirinin verdiyi xəbərə görə, soyuqlaşma ilə əlaqədar "zəruri tədbirlər" müqaviləsinin bəndinə istinadən sonuncu ay ərzində İran tədricən ölkəyə qaz tədarükünü azaldır. Ölkənin fasiləsiz qaz təhcizatını təmin etmək məqsədilə Türkiyənin Energetika və Təbii sərvətlər Nazirliyinin mütəxəssisləri "Mavi sel" layihəsinə görə ölkəyə gələn rus qazının tədarükünü artırmaq üçün tədbirlər görürlər. Əgər göstərilən istiqamətdən gündəlik orta hesabla 27 mln. kub metr təbii qaz gəlirdisə, hazırda bu həcm 34 mln. kub metrə qədər çoxalıb.

Xəbər lenti

Xəbər lenti