...

Türkmənistan prezidentliyinə namizədlər seçicilərlə görüşlər keçirir

Dünya xəbərləri Materials 8 Yanvar 2007 18:03 (UTC +04:00)

Türkmənistan prezidentliyinə namizədliyə qeydə alınmış altı namizəddən dördü bu gün ölkənin müxtəlif vilayət mərkəzlərində seçicilərlə görüşlər keçirirlər. Seçki kompaniyasının səyyar mərhələsini ötən həftə ölkə prezidenti postuna namizəd, prezident vəzifəsinin müvəqqəti icraçısı baş nazir Qurbanqulu Berdıməhəmmədov açıb.

Onun seçkiqabağı platforması digər dörd namizədin artıq çap olunmuş proqramından təhsil və təqaüd təminatı sistemində gözləqnilən islahatları, milli sahibkarlığın dəstəklənməsi ilə fərqlərnir. Bu barədə Trend İTAR-TASSa istinadən xəbər verir.

Prezidentliyə namizədlər arasında neft-qaz sənayesi və mineral sərvətlər nazirinin müavini, iki şəhərin - Abadan və Türkmənbaşının inzibati rəhbəri, ölkə rayonlarından birinin rəhbəri və vilayət başçısının müavini hələ ki, seçkiqabağı təbliğatda iştirak etməyiblər.

Türkmənistanda prezident seçkiləri fevralın 11-də baş tutacaq. Fevralın 14-ə Xalq Şurasının iclası təyin olunub ki, elə burada Türkmənistanın yeni rəhbərinin inauqurasiya mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti