...

BMT baş katibi İraqda təşkilatın fəaliyyətinin genişləndirilməsinə qarşı çıxış edib

Dünya xəbərləri Materials 19 Yanvar 2007 10:49 (UTC +04:00)

BMT-nin baş katibi Pan Qi Mun İraqda təşkilatın fəaliyyətinin genişləndirilməsinə qarşı çıxış edib. İraqda humanitar və hərbi qüvvələrin artırlmasına əmin olan ABŞ prezidenti Corc Buşun xahişini qəbul etməmələrinin səbəbi Yaxın Şərq ölkəsində zorakılığın eskalasiysı olub. "Associated Press" xəbər verir ki, baş katib bildirib: "Corc Buş BMT-nin İraq hadisələrində daha fəal iştirak etməsi barədə istəyini bildirib. BMT İraqdakı vəziyyətə təsir göstərmək istəyir və bütün gücü ilə buna çalışacaq, lakin bu məsələ təhlükəsizlik sahəsində olan problemlərlə mürkkəbləşir".

BMT-nin sabiq baş katibi 2003-cü ildə təşkilat əməkdaşlarına qarşı iki hücum aktından sonra bütün əməkdaşların İraqdan çıxarılmsı barədə qərar qəbul etmişdi. Bu hücumlardan biri zamanı BMT-nin İraqdakı missiyasının rəhbəri Serdjio Vieyru de Melo da daxil olmaqla 22 nəfərin həyatına son qoyulub. Bu barədə "RBK"ya istinadən Trend xəbər verir.

2004-cü ilin avqustunda BMT əməkdaşları İraqda fəaliyyətlərini bərpa etmiş, konstitusiyanın hazırlanmasında və seçkilərə hazırlıq prosesində mühüm rol oynamışlar. Lakin bu günə qədər onların ölkədəki fəaliyyəti təhlükəsizlik cəhətdən təmin edilməyib.

Xəbər lenti

Xəbər lenti