...

Ekvadorun müdafiə naziri Q.Larriva iki vertolyotun toqquşması nəticəsində həlak olub

Dünya xəbərləri Materials 25 Yanvar 2007 14:18 (UTC +04:00)

Ekvadorun ilk qadın müdafiə naziri iki vertolyotun toqquşması nəticəsində həlak olub. Qəza o, vəzifəyə təyin edildikdən 9 gün sonra Kito şəhərindən şərqdə Sakit okean sahillərində baş verib. Bu barədə rəsmi mənbələrə istinadən "Reuters" agentliyi məlumat verir.

"RBK"ya istinadən Trend xəbər verir ki, ilkin məlumatlara görə, nazirin yetkinlik yaşına çatmayan qızı ilə bərabər 5 hərbçinin də həlak olduğu vertolyot toqquşması bədbəxt hadisə nəticəsində baş verib, lakin Ekvador hakimiyyəti hadisənin araşdırılmasını aparmaq fikrindədir.

Keçmiş müəllimə və ölkə sosialist partiyasının fəallardan biri, prezident Rafael Korreanı dəstəkləyən Q.Larriva 50 yaşında həlak olub.

Xəbər lenti

Xəbər lenti