...

Vətəndaşları 90 gün ərzində vizasız Gürcüstanda ola biləcək ölkələrin sayı artıb

Dünya xəbərləri Materials 31 Yanvar 2007 15:47 (UTC +04:00)

Gürcüstan hökuməti yanvarın 31-də Gürcüstanın xaricilərin hüquqi vəziyyəti haqqında qanununa əlavələrin edilməsi haqqında qanun layihəsini təqdir edib. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir.

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvilinin bu gün jurnalistlərə verdiyi xəbərə görə, dəyişikliklərə əsasən, vətəndaşlarının 90 gün ərzində vizasız Gürcüstanda ola biləcəkləri dövlətlərin siyahısına daha altı ölkə əlavə olunub.

"Elə ölkələr var ki, Gürcüstan onlara qarşı birtərəfli qaydada qərar qəbul edib ki, 90 gün ərzində onların vətəndaşlarına vizasız Gürcüstanda olmağa icazə verir. Bunlar ABŞ, Yaponiya, İsveçrə Konfederasiyası, İsrail, Lixtenşteyn və başqalarıdır. İndi onlara Fars körfəzinin dövlətləri - BƏƏ, Küveyt, Qətər, Bəhreyn və Oman, eləcə də Cənubi Koreya əlavə olunub", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti