İtaliya prezidenti Corcio Napolitano ölkə baş naziri Romano Prodinin istefasını qəbul edib və aparıcı siyasi partiyaların nümayəndələri ilə yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələ başlayıb. Bu barədə prezident administrasiyasının rəsmi nümayəndəsinə istinadən "Reuters" agentliyi xəbər verir.
www agentliyi bildirir ki, bundan öncə İtaliya baş naziri R.Prodi hökumətin xarici siyasəti, xüsusən Əfqanıstanda ölkənin hərbi iştirakı məsələsi ilə bağlı parlamentin yuxarı palatasında keçirilən səsvermə zamanı məğlubiyyətlə bağlı istefası məsələsini prezident qarşısında qaldırmışdı.