...

Gürcüstan liderini Qazaxıstanın yeni millətinin yaradılması təcrübəsi təsirləndirir

Dünya xəbərləri Materials 7 Mart 2007 15:17 (UTC +04:00)

Qazaxıstan, Astana, /müxbir. Trend K. Konırova/ Trend in Astanadakı xüsusi müxbirinin məlumatına görə, Gürcüstan liderini Qazaxıstanın yeni millətinin yaradılması təcrübəsi təsirləndirir. " Biz diqqətlə Qazaxıstan təcrübəsini təkcə iqtisadi inkişafda deyil, eyni zamanda əməli olaraq yeni millətin yaradılmasında da öyrənirik", - deyə Gürcüstan lideri Mixail Saakaşvili, Qazaxıstan müxbirinin Nursultan Nazarbayevin Qazaxıstan xalqına müraciətilə bağlı fikirlərini öyrənməsilə bağlı xahişində bildirib. "Rusdilli əhali özünü qazaxıstanlı adlandıranda bu məni məni çox təsirləndirir. Ukraynalılar, gürcülər, ruslar və digər ölkələrin nümayəndələri də belə hesab edirlər. Əlbəttə, öz əsil-kökünü də yadda saxlamaq və hörmət etmək lazımdır. Yeni eynilik də, bax, beləcə doğulur. Bu onu sübut edir ki, insanlar öz ölkələrini sevir və onunla fəxr edirlər. Əlbəttə, bunların hamısını dəyərləndirmək lazımdır", - deyə o əlavə edib. Gürcüstan prezidenti qeyd edib ki, Nazarbayevin əvvəlki proqram çıxışlarını da hər zaman diqqətlə oxuyur. "Fikirləşirəm ki, Qazaxıstan tez inkişaf edəcək. Bundan əvvəl ölkənin strateji mövqeyi bir çox qonşularından pis idi. Hətta sıfırdan da yox, mənfi mövqedən bu gün bir çox dövlətlər üçün nümunə olan yeni, çox uğurlu və fəal ölkə yaradılıb. Bu mənada bizim çox ümumiliklərimiz var". "İndi bizim ölkədə görülən işlər yüz illərlə qalacaq. Demək olar ki, olanlar və bu yaxınlarda olacaq hər şey", - deyə Gürcüstanın prezidenti sonda bildirib.

Xəbər lenti

Xəbər lenti