...

Qırğızıstan müxalifətçiləri prezidentə qarşı ultimatum irəli sürüblər

Dünya xəbərləri Materials 9 Mart 2007 18:25 (UTC +04:00)

İTAR- -ın məlumatına görə, Qırğızıstanda "İslahatlar naminə!" müxalifətçilər hərəkatının iclası keçirilib və ölkənin prezidenti Kurmanbek Bakiyevə qarşı ultimatumun irəli sürülməsi barədə qərarın qəbul edilib.

Hərəkat qərargahından verilən məlumata görə, müxalifətçilər dövlət başçısından konistitusiya və sistemdə yoxlamalar tələb etmək niyyətindədirlər. Tələbin yerinə yetirilməsi üçün müxalifətçilər prezidentə bir ay veriblər, bundan sonra hərəkat tərəfdarlarına "kütləvi etiraz aksiyalarına başlamaq, dövlət başçısını istefaya getməyə məcbur etmək və növbədənkənar prezident seçkiləri keçirmək" tapşırığı verəcək.

Xəbər lenti

Xəbər lenti