...

Jak Şirak: Prezident seçkilərində namizəd olmayacağam

Dünya xəbərləri Materials 12 Mart 2007 16:46 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransa prezidenti Jak Şirak gələn ay keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bildirib.

Canlı yayımda Fransa xalqına müraciət edən 74 yaşındaki Şirak artıq siyasət səhnəsindən çəkilməsinin zamanı gəldiyini və bir az istirahətə ehtiyacı olduğunu bildirib.

3-cü dəfə prezident olmaq üçün seçicilərdən səs istəməyəcəyini söyləyən prezident Fransadaki aktual hadisələrə də toxunaraq artıq ölkədə yeni siyasi cərəyanın başladığıni ifadə edib.

Xatırladaq ki, 1962-ci ildə baş nazir Corc Pompidunun katibi olaraq siyasətə gələn Jak Şirak öz siyasi həyatında iki dəfə Fransaın baş naziri seçilib, 18 il Paris Bələdiyyə başçısı olub.

İki dəfə də prezident seçkilərində qalib gələn Şirak dünya və Fransa siyasətində ən təcrübəli siyasət adamlarından biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti