...

ABŞ Sudana münasibətdə yeni sanksiyalar tətbiq edəcək

Dünya xəbərləri Materials 15 Mart 2007 18:50 (UTC +04:00)

(s) Reuters-in ABŞ -ın Sudandakı xüsusi nümayəndəsi Andryu Natsiosun bəyanatına istinadən verdiyi məlumata görə, ABŞ hökuməti BMT-nin Darfur əyalətində sülhməramlı kontingentinin yerləşdirilməsinə etiraz etdiyinə görə Sudana münasibətdə yeni sanksiyalar tətbiq edəcək.

RBK .-ın məlumatına görə, tətbiq olunan sansksiya Sudandakı şirkətlərin fəaliyyətinə məhdudiyyət, həmçinin 3 yuksəkvəzifəli sudanlının hesablarına müsadirə və yerdəyişməsinə qadağa qoyulacaq.

Hazırda Darfurda münaqişənin dinc yolla həlliylə Afrika İttifaqı (Aİ) məşğul olur. 2006-cı il noyabrın əvvəllərində BMT Təhlükəsizlik Şurası Darfurda 20 min BMT hərbi xidmətçisi yerləşdirməyi təklifi etmişdi. Belə bir kontingentin Sudana Aİ missiyasının əvəzinə gətirilməsi güman edilirdi, ancaq Sudan hökuməti buna qarşı çıxıb.

Son 3 ildə Darfurda zorakılıq nəticəsində 200 min insan həlak olub, 2 mln. insan isə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti