...

Bolqarıstan Əfqanıstana əlavə qoşunlar göndərəcək

Dünya xəbərləri Materials 17 Mart 2007 15:01 (UTC +04:00)

Bolqarıstan Əfqanıstana hərbi göndərişlərini artıracaq. Hazırda NATO-nun başçılığıyla beynəlxalq təhlükəsizliyə yardım (ISAF) qüvvələrinin tərkibində 80-ə yaxın bolqar hərbçisi xidmət edir. RBK .-nın məlumatına görə, 2007-ci ilin iyun ayında Əfqanıstanda bolqar kontingentinin sayı 335 nəfərə çatdırılacaq.

Bolqar hökumətinin verdiyi bəyanata görə, 200 hərbi xidmətçidən ibarət bölmələr Əfqanıstanın sənubunda yerləşən Kandaqar şəhərinin hava limanının təhlükəsizliyini təmin edəcək. Ölkənin bu rayonu təhlükəsizlik baxımından ən problemli yer hesab olunur. Associated Press-in məlumatına görə, 120 əsgər və 15 zabiti isə Əfqanıstan paytaxtına, Kabula yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti