Yunanıstanda sərnişin qatarı relsdən çıxıb
Afina informasiya agentliyinin məlumatına görə, Yunanıstanda şənbə günü səhər saatlarında sərnişin qatarı relsdən çıxıb. Qəza hadisəsi hələlik naməlum olan səbəbdən Korinf kanalının bir neçə kilometrliyində baş verib.
Afina-Korinf-Patra relsiylə hərəkət edən qatarda 47 sərnişin olub. RİA Novosti .-nin məlumatına görə, bir qadın yüngül xəsarat alıb.