...

İran XİN-i Buşu dənizçilərlə bağlı hadisəyə müdaxilə etməməyə çağırıb

Dünya xəbərləri Materials 2 Aprel 2007 11:18 (UTC +04:00)

İran XİN-i Corc Buşu Tehran tərəfindən İran ərazi sularına qanunsuz daxil olmasında günahlandırılan britaniyalı dənizçilərin saxlanması ilə bağlı hadisəyə müdaxilə etməməyə çağırıb. Bu barədə RİA Novosti məlumat verib.

"Amerika tərəfinin Böyük Britaniya hökumətinin dəstəyinə istiqamətləndirilmiş istənilən bəyanatı ola bilsin ki, saxlanılan britaniyalı hərbçilərlə bağlı hadisəni daha da çətinləşdirir", bu barədə İran XİN-in rəsmi nümayəndəsi Mühəmməd Əli Hosseyninin bazar günü yaydığı məlumatında bildirilib.

"ABŞ prezidentinə düşünülməmiş və ağılsız fikirlərindən özünü saxlasa yaxşıdır", deyə İran diplomatı əlavə edib.

Öncə bazar günü Amerika prezidenti İran tərəfindən 15 britaniyalı dənizçinin saxlanmasını "bağışlanmaz hərəkət" adlandırıb və Tehranı hərbçiləri azad etməyə çağırıb.

"İran girovları azad etməlidir. Onların günahı yoxdur, onlar heç bir pis iş görməyiblər", Buş Braziliya prezidenti Luis Lul da Silva ilə birgə mətbuat konfransında bəyan edib.

Böyük Britaniya Müdafiə Nazirliyi martın 23-də İraqın ərazi sularında "Kornuoll" (HMS Cornwall) gəmisində 15 birtaniyalı hərbçinin - dənizçi və dəniz piyadalırının İran tərəfindən qeyri-qanuni saxlanması barədə məlumat verib.

BMT TŞ-nin 1723 saylı qətnaməsinə əsasən, dənizçilər ticarət gəmilərinin nəzarətini həyata keçirib. İran öz növbəsində bildirib ki, dənizçilər İranın ərazi sularında olub. İranın britaniyalı dənizçilərinin azad etməsindən imtina etməsi ilə əlaqədər Böyük Britaniya BMT-nin Təhlükəsizlik Şurasına kömək məqsədilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti