Amerikalı konqresmen Devid Prays KİV -in guya yaxın vaxtlarda ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlamaq planı barədə yaydığı məlumatı təsdiqləmir.
"Mən aprelin 6-da İranda müharibə başlaması barədə yayılan məlumatla razılaşmıram. Mən şaiyələri şərh etmək niyyətində deyiləm. Bu, növbəti provakasiyadır)"- deyə Prays Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.
Burcanadze də öz növbəsində heç vaxt İrana hücum olmayacağı fikrində olduğunu ifadə edib.
"İrana xüsusən də əvvəlcədən elan olunmadan müharibə, əminəm ki, heç vaxt olmayacaq. İranla olan problemin sülh və danışıqlar yolluyla həll ediləcəyi fikrindəyəm"- RİA Novosti -nin yaydığı məlumata görə, o belə deyib.
Qeyd edək ki, bir sıra yerli KİV aprelin 6-da ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlayacağı barədə məlumat yaymışdı.