...

Rusiyalı politoloq: Hətta hərbi çeviriliş baş verəcəyi təqdirdə belə Türkiyədə qorxulu heç nə olmayacaq

Dünya xəbərləri Materials 4 May 2007 21:10 (UTC +04:00)
Rusiyalı politoloq: Hətta hərbi çeviriliş baş verəcəyi təqdirdə belə Türkiyədə qorxulu heç nə olmayacaq

Azərbaycan, Bakı/ Trend E.Hüseynov/ Rusiyanın "Kommersant" qəzetinin siyasi eksperti, politoloq Azər Mürsəliyev hesab edir ki, Türkiyədə hakimiyyət böhranından optimal çıxış yolu vaxtından qabaq seçkilərin keçirilməsidir. Cümə günü telefon vasitəsilə Türkiyə hakimiyyətinin problemini şərh edən Mürsəliyev bildirib ki, vaxtından qabaq seçkilər ümumxalq səviyyəsində bu məsələni həll edəcək.

"Əgər yenidən islamçılar qələbə qazanarsa, deməli tale belədir, xalqın seçimi budur. Amma çox ehtimal ki, onlar 10 il bundan öncə olduğu kimi qələbə qazana bilməyəcəklər. Həm baş nazirin, həm də prezidentin islamçı partiyadan olması və Türkyədə İslam dövləti qurulmasına doğru aparma təhlükəsi yox olacaq"-deyə ekspert hesab edir.

Cümə axşamı Türkiyə parlamenti 22 iyul 2007-ci ili vaxtından əvvəl parlament seçkiləri günü elan etdi. 27 apreldə parlamentarilər yeni prezident seçə bilmədikdən sonra sağçı Ədalət və Inkişaf Partiyasının parlament seçkilərinin 4 noyabr 2007-ci il tarixindən iyul ayına dəyişdirilməsi təklifi qəbul olundu. Prezidentliyə yeganə namizəd islam ənənələrinə bağlı hesab olunan Abdulla Gül idi. Gülün namizədliyi kübar elitanın və Türkiyənin islamlaşdırılmasına qarşı çıxanların etirazı ilə qarşılandı. ƏİP üzvləri Ərdoğan və Gül bəyan etdilər ki, ölkədə vaxtından əvvəl parlament seçkiləri keçirilməsi mühümdir.

27 aprel 2007-ci ildə prezident seçkilərinin ilkin mərhələsində Abdulla Gül qələbə üçün lazım olan 367 səsi toplaya bilmədi. Amma müxalifət partiyası səsvermədə 367 nəfərdən az adam iştirak etdiyinə istinad edərək birinci turun nəticələrinin ləğv olunmasını tələb edirdi. Müxalifətin tələbini Türkiyədə güclü nüfuzu olan ölkənin hərbi komandanlığı da dəstəklədi.

Mürsəliyevin sözlərinə görə, Türkiyə hərbi institutunun xüsusiliyi ondan ibarətdir ki, məsələn, Latın Amerikasından fərqli olaraq hərbiçilər "hakimiyyət xatirinə hakimiyyəti əllərinə almırlar". "Belə bir hal olmayıb ki, onlar hakimiyyətə gəlsin və uzun müddət hakimiyyətdə qalsınlar. Onlar özlərini vəziyyətin tarazlaşdırıcısı kimi görürlər",-deyə politoloq davam edib. Onun fikrincə, hazırda Türkiyədə olan böhran ən pis halda hərbi çevirilişlə nəticələnərsə belə, qorxulu heç nə baş verməyəcək.

"Türkiyə ordusu siyasətə yalnız o zaman müdaxilə edir ki, onu normaya salmaq lazım olsun. Bundan sonra elə ilk seçkidə isə hakimiyyət siyasətçilərə verilir",-deyə Mürsəliyev yekunblaşdırıb.

Ekspertin fikrincə, böhranın Türkiyə üçün vura biləcəyi yeganə təhlükə iqtisadiyyata olacaq zərərdir.

Xəbər lenti

Xəbər lenti