Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Yaponiya hökuməti BMT Ümumdünya Ərzaq Proqramı (ÜƏP) vasitəsi ilə Azərbaycanın məcburi köçkünlərinə 100 min dollar məbləğində maliyyə yardımı edib. Bu barədə çərşənbə günü ÜƏP-ın Azərbaycan üzrə nümayəndəsi Linn Miller məlumat verib.
Bu vəsaitlərə 192 ton taxıl unu alınacaq və 16 min məcburi köçkünə paylanılacaq. Bu, onların iki aylıq rasionunu təşkil edəcək.
Son 10 ildə Yaponiya hökuməti ÜƏP-a 127 milyon dollarlıq yardım göstərib. 2001-ci ildən Yaponiya Azərbaycana 2,7 milyon dollar ayırıb.
Hazırda ÜƏP Azərbaycanın 154 min məcburi köçkününü əhatə edir.