...

ATƏT-in daimi şurası Çitelubalidəki hadisəyə sentyabrın 6-da baxacaq

Dünya xəbərləri Materials 4 Sentyabr 2007 17:01 (UTC +04:00)

Gürcüstan, Tiflis / Trend , müxbir N.Kirtsxaliya/ ATƏT-in daimi şurası Çitelubalidəki hadisəyə sentyabrın 6-da Vyanada keçiriləcək iclas zamanı baxacaq. Bu barədə bu gün ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri ilə görüşün sonunda Gürcüstan parlamentinin spikeri Nino Burcanadze məlumat verib. Spikerin ATƏT-in hazırkı sədri ilə görüşü 1 saat 10 dəqiqə çəkib.

"Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, daimi Şura beynəlxalq mütəxəsisləri dinləsin və Gürcüstan kəndinin raket atəşinə tutulması faktı üzrə məsələni yekunlaşdırsın" - deyə Burcanadze bildirib.

Burcanadze beynəlxalq cəmiyyətin Gürcüstana dəstək verəcəyinə və gələcəkdə Avropada belə hadisələrin təkrarlanmasına yol verməmək üçün qonşu dövlətə obyektiv tələbini bildirəcəyinə ümid etdiyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti