Bakı. Cani Babayeva - Trend:
Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışlarında balans hərəkətində çıxışını təqdim edib.
Trend xəbər verir ki, 13-19 yaş kateqoriyasında mübarizə aparan qrupumuzun təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 28,250 xalla qiymətləndirilib. Ötən gün temp hərəkətində çıxış edən gimnastlarımız hakimlərdən 26,870 xal alıblar. İki hərəkətin cəmində 55,120 xal toplayan qrupumuz hazırda ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Foto: Zaur Mustafayev