...

Azərbaycanda kinoteatrlara vaxt verildi

Mədəniyyət Materials 24 Fevral 2016 17:18 (UTC +04:00)
Azərbaycanda subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimələnəcək.
Azərbaycanda kinoteatrlara vaxt verildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimələnəcək, subtitri olmayan filmlər isə dövlət qeydiyyatına alınmayacaq.

Trend-in məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xarici filmlərin subtitrsiz nümayiş olunması ictimaiyyətdə narahatlıq yaradır: "Filmlərin tərcüməsini təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik. Onlara aprelin 15-dək vaxt vermişik ki, öz distribüterləri ilə danışıq aparsınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti