...

Bakıda 38 yaşlı kişi orta məktəbin həyətində özünü asdı

Hadisə Materials 15 Mart 2017 09:27 (UTC +04:00)
Bakıda orta məktəbdə intihar hadisəsi baş verib.
Bakıda 38 yaşlı kişi orta məktəbin həyətində özünü asdı

Bakı. Samir Əli - Trend:

Bakıda orta məktəbdə intihar hadisəsi baş verib.

Nizami rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun İ.Məmmədov küçəsi 15 ünvanında yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Məktəbin həyətindəki ağacdan 1979-cu il təvəllüdlü Məmmədov Səməd Ağasəf oğlunun asılmış meyiti tapılıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti