...

Fransa səfiri: Bu dəstəyə görə Azərbaycana təşəkkür edirik

Siyasət Materials 18 İyul 2016 16:14 (UTC +04:00)
"Fransanın Nitsa şəhərində terror hadisəsi baş verən zaman Azərbaycanın dəstəyini hiss etdik".
Fransa səfiri: Bu dəstəyə görə Azərbaycana təşəkkür edirik

Bakı. Elçin Mehdiyev - Trend:

"Fransanın Nitsa şəhərində terror hadisəsi baş verən zaman Azərbaycanın dəstəyini hiss etdik".

Trend-in məlumatına görə, bunu Fransanın ölkəmizdəki səfiri Aureliya Buşez jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilər Fransaya bu hadisə ilə əlaqədar başsağlığı veriblər:

"Onlar belə bir dar gündə bizə öz dəstəklərini bildirdilər. Mən bu dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu dəstək iki ölkə və iki xalq arasındakı dostluğu göstərir və bizim bu hadisələrə qarşı münasibətimizi bildirir. Bu, multikulturalizmə bağlılığımızın göstəricisidir".

Qeyd edək ki, bu gün maliyyə naziri Samir Şərifov səfirliyə gələrək terror hadisəsi ilə bağlı xatirə kitabına ürək sözlərini yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti