...

Pedaqoji Universitet üçün kampusun tikilməsi məqsədi ilə hazırlıq işlərinə başlanılıb

Cəmiyyət Materials 9 İyun 2015 11:28 (UTC +04:00)
Təhsil Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Xocasəndə Azərbaycan Dövlət edaqoji Universiteti üçün müasir tipli kampusun tikilməsi məqsədi ilə hazırlıq işlərinə başlayıb.
Pedaqoji Universitet üçün kampusun tikilməsi məqsədi ilə hazırlıq işlərinə başlanılıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Xocasəndə Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün müasir tipli kampusun tikilməsi məqsədi ilə hazırlıq işlərinə başlayıb.

Trend-in məlumatına görə, bunu bu gün təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə bildirib.

Artıq ərazinin master planının hazır olduğunu deyən M.Cabbarov qeyd edib ki, plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər: "Azərbaycan Pedaqoji Universiteti bizim üçün çox mühüm rol oynayır. Bu təhsil ocağı gələcəyin müəllimlərini yetişdirən universitetdir. Bu səbəbdən ilk olaraq bu universitetdən başladıq".

M.Cabbarov deyib ki, kolleclərin ali təhsil müəssisələrinin tərkibinə qatılması prosesi tədricən həyata keçiriləcək. Bu proses bütün kolleclərə deyil, yalnız bir neçəsinə şamıl ediləcək. İlk olaraq Azərbaycan Maliyyə-İqtisad Kollecinin Azərbaycan Dövlət İqtisad Universitetinin tərkibinə verilməsi təklif edilib. Daha sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Azərbaycan Texniki Universitetinin tərkibinə verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti