Bakı. İlhamə İsabalayeva - Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi baxımsız uşaqlarla bağlı araşdırma aparmağı nəzərdə tutur.
Komitədən Trend-ə verilən məlumata görə, araşdırmanın bu il ərzində aparılması planlaşdırılır. Araşdırma zamanı küçə uşaqları, məcburi əməyə cəlb olunan uşaqlar və uşaq baxımsızlığı ilə bağlı vəziyyət öyrəniləcək.
Araşdırmanın nəticələrinə uyğun olaraq, görüləcək tədbirlər müəyyənləşdiriləcək.