...

UNEC-in yaşıllıq zolağı salınıb (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2016 13:29 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi ağacəkmə aksiyası keçirib.
UNEC-in yaşıllıq zolağı salınıb  (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi ağacəkmə aksiyası keçirib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Universitetin professor-müəllim heyəti Badamdar qəsəbəsi ərazisində yerləşən 2 hektar sahədə salınan yaşılıq zolağında 1500-dən artıq həmişəyaşıl tinglər əkiblər. UNEC kollektivi ərazinin qorunması və genişləndirilməsini həyata keçirmək niyyətindədir.

Məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi layihələrə, təşəbbüslərə UNEC-in dəstəyini göstərməkdir.

UNEC əməkdaşları və tələbləri gələcəkdə də genişmiqyaslı ağacəkmə kompaniyasında aktiv iştirak edəcəklər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti