...

Bakıda ən bahalı mənzil 2 milyon manata satılıb

Cəmiyyət Materials 27 Yanvar 2017 21:38 (UTC +04:00)
Bakıda qiyməti 2 milyon manatdan yuxarı olan mənzillər də təklif olunur.
Bakıda ən bahalı mənzil 2 milyon manata satılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda daşınmaz əmlak bazarında qiyməti 2 milyon manatdan yuxarı olan mənzillər də təklif olunur. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, bahalı mənzillərin də qiyməti yerləşməsindən, ölçüsündən asılı olaraq dəyişir:

"Bakıda mənzil bazarında qiyməti 2 milyon, 2,2 milyon manat dəyərində olan mənzillər təklif olunur. Bu mənzillər əsasən şəhərin mərkəzi hissəsində yerləşir".

Ekspert bildirib ki, həmin mənzillərin ölçüsü 300 kvadrat metrdən yuxarı olub. Onun sözlərinə görə, az sayda da olsa, 2016-cı ildə bu cür bahalı mənzillərin alqı-satqısı qeydə alınıb.

Ümumilikdə isə R.Osmanlı bildirib ki, 2016-cı ildə Azərbaycanda mənzil bazarında, xüsusilə təkrar mənzil bazarında periodik olaraq qiymətlərin azalması müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti