...

Müəssisədə siqaret çəkilərsə, rəhbər cərimələnəcək

Cəmiyyət Materials 13 Aprel 2017 20:57 (UTC +04:00)
Azərbaycanda qadağan olunuş yerlərdə siqaret çəkilməsinə görə siqaret çəkilən müəssisə rəhbərləri də cərimələnəcək.
Müəssisədə siqaret çəkilərsə, rəhbər cərimələnəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə həmin müəssisə rəhbərləri də cərimələnəcək. Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, bu barədə məsələ yeni hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb.

M.Quliyev bildirib ki, vətəndaşdan çox qadağan olunmuş yerdə siqaret çəkilən müəssisələrin rəhbərliyi məsuliyyət daşıyacaq:

"Onların cəriməsi vətəndaşın cəriməsindən dəfələrlə çox olacaq. Cərimənin məbləği və forması qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə ediləcək əlavə və dəyişikliklərdə öz əksini tapacaq".

Qeyd edək ki, yeni hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsində ictimai yerlərdə, qapalı məkanlarda siqaretin çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti