...

Binəqədidə "İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq” ağacəkmə aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 9 May 2017 16:07 (UTC +04:00)

Bakı. Trend:

Binəqədi rayon İcra hakimiyyəti və IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində “Bakı – 2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq”! adlı ağacəkmə aksiyası keçirilib.

İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, aksiyada Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Binəqədi Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyev, Binəqədi rayon DTX-nın rəisi Polad Abdullayev, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri, RİH-də təcrübə keçən ASAN könüllüləri, müxtəlif islam ölkələrindən olan tələbələr iştirak ediblər.

Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən ağacəkmə aksiyası zamanı ümumilikdə 500 ədəd zeytun, şam ağacı, kiparis və leylandra ağacları əkilib və onlara qulluq göstərilib.

Ağacəkmə aksiyasında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının maskotları və könüllülər də iştirak edərək aksiyaya rəngarənglik qatıblar. O cümlədən, Binəqədi rayonu, 297 saylı məktəbin şagirdləri tərəfindən flaşmob nümayiş edilib və “Bakı- 2017” yazısı yazılıb. Sonra gənclərlə görüş keçirilib.

Çay süfrəsi ətrafında başlanan görüşü açıq elan edən Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov keçirilən görüşün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutduğunun əhəmiyyətindən danışıb və bildirib ki, gənclər hər zaman dövlətimizin gələcəyi hesab edilir. Natiq bildirib ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkəmizdə bu işin hər zaman yüksək səviyyədə təşkil edildiyini bildirən rayon rəhbəri bu gün gənclərə dövlət başçısı tərəfindən verilən diqqətin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. Həmçinin, o bildirib ki, əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu artıq sübut edib. Gəncliyin ölkə başcısı İlham Əliyevin ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza atacaq.

Daha sonra çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru E.Səfərov bildirib ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 6 gün qalmış belə bir görüşün keçirilməsi olduqca təqdirəlayiqdir. Məhz buna görə iştirakçılara təşəkkür edən E.Səfərov oyunlarda könüllü gənclərin rolunun olduqca böyük olmasını diqqətə çatdırıb. Natiq qeyd edib ki, Avropa oyunlarında olduğu kimi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da gənclərin həmrəyliyi ilə birlikdə möhtəşəm anlar ilə tarixə yazılacaq.

Çıxışlardan sonra görüş gənclərin qarşılıqlı müzakirəsi və sualları ətrafında davam edib, gənclər dövlətimizin onlara göstərdiyi diqqətə və dəyərdən danışaraq, ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər. Səmimi keçən görüşdə Bakı – 2017 IV İslam Həmrəyliyi Oyunlarını əks etdirən tort kəsilib, xatirə fotosu çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti