...

NİCAT ŞIXƏLİZADƏ DÜNYA ÇEMPİONATININ BÜRÜNC MÜKAFATÇISI OLDU

Cəmiyyət Materials 12 Sentyabr 2005 16:44 (UTC +04:00)

Misirdə keçirilən və artıq başa çatmaqda olan cüdo üzrə Dünya çempionatında həmvətənimiz Nicat Şıxəlizadə 60 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.

Trend in məlumatına görə, ilkin mərhələdə qazax boksçusu S.Utarbayevə uduzan idmançımız sonradan M.Korotun (Ukrayna), V.Sarlak (İran) və Q. Yekutiyelə (İsrail) bir-birinin ardınca qalib gəlir və beləliklə də, həmin çempionatdakı yeganə bürünc mükafata layiq görülür.

Elə bu gün açıq çəki dərəcəsində M.Mirəliyev meydana çıxmalı olsa da, lakin o, yarışda iştirak etməyib.

Qeyd edək ki, sentyabrın 10-da çempionatın medalının sahibi olacağına böyük ümidlər bəslənilən 66 kq çəki dərəsində Elçin İsmayılov yarışın gələcək gümüş mükafatçısı yaponiyalı M.Uçişibaya uduzur və sonrada isə o, növbəti mərhələdə italiyalı Kasaleyə də məğlub olur.

Çempionatın qeyri-rəsmi komanda hesabında bizim komanda 26-cı yerdə gedir.

Xəbər lenti

Xəbər lenti