...

OPEK-in görüşü ləğv edilib

İqtisadiyyat Materials 25 Noyabr 2016 23:04 (UTC +04:00)
OPEK nümayəndələrinin kartelə daxil olmayan ölkələr ilə görüşü baş tutmayacaq
OPEK-in görüşü ləğv edilib

Bakı. Trend:

OPEK nümayəndələrinin kartelə daxil olmayan ölkələr ilə görüşü baş tutmayacaq.

Trend-in Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı görüşdə iştirak etməkdən imtina edib və bu səbəbdən görüş ləğv edilib.

Bildirilir ki, görüş noyabrın 28-də baş tutmalı idi.

Qeyd edək ki, görüşdə həmçinin Azərbaycanın energetika naziri Natiq Əliyevin iştirakı gözlənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti