Azərbaycan bankı "Parabank" dövlət qulluqçuları üçün yeni kredit məhsulunu təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2010 18:32 (UTC +04:00)

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/

"Parabank" dövlət qulluqçuları üçün kredit üzrə ən aşağı faiz dərəcəsini təqdim edib. Bu barədə cümə axşamı bankdan verilən məlumatda deyilir.

Bank Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Vergilər nazirlikləri, Sərhəd Qoşunları, prokurorluq və digər dövlət strukturları və icra hakimiyyəti orqanlarının əməkdaşları üçün "Patriot" yeni kredit məhsulunu təqdim edib.

Kreditin üstün cəhətlərindən biri onu iki formada almaq imkanıdır: tam nağd formada və ya 50 faiz plastik kart şəklində (sərbəst ödəniş) və 50 faiz nağd.

Kredit bankın bütün filiallarında hərbi bilet və iş yerindən arayış ilə manat, dollar və avro ilə verilir.

Xəbər lenti

Xəbər lenti