Azərbaycan paytaxtında metro stansiyasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Hadisə Materials 12 Noyabr 2009 14:26 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend News-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Ucar rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da metronun Əzizbəyov stansiyasına bomba qoyulması barədə yalan məlumat vermiş Kürdəmir rayon sakini Elşən Məmmədov tutulub.
Azərbaycan paytaxtında metro stansiyasına bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 12 noyabr / Trend , K.Zərbalıyeva/

Azərbaycan paytaxtında metro stansiyalarından birinə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Ucar rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da metronun Əzizbəyov stansiyasına bomba qoyulması barədə yalan məlumat vermiş Kürdəmir rayon sakini Elşən Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti