...

Bakıda iki uşaq dənizdə boğulub

Hadisə Materials 13 Avqust 2012 10:23 (UTC +04:00)
Bakıda 2 nəfər dənizdə çimərkən boğularaq dünyasını dəyişib.
Bakıda iki uşaq dənizdə boğulub

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bakıda 2 nəfər dənizdə çimərkən boğularaq dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bazar ertəsi Trend-ə deyib ki, onların hər ikisi uşaq olub. 12 yaşlı qız uşağı Pirşağı, 9 yaşlı oğlan uşağı isə Buzovna çimərliyində çimərkən boğulub.

Vahidova deyib ki, ümumilikdə avqustun 11 və 12-də suda boğulma hallarının baş verməsi ilə əlaqədar stansiyaya 6 müraciət daxil olub.

Onlardan 4- xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti