...

Bakıda Suriya vətəndaşları yol qəzasına düşüblər, ölən və xəsarət alanlar var

Hadisə Materials 26 Noyabr 2012 10:00 (UTC +04:00)
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda Suriya vətəndaşları yol qəzasına düşüblər, ölən və xəsarət alanlar var

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Suriya vətəndaşları yol qəzasına düşüblər.

Sabunçu rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsində Suriya vətəndaşı Matuk Cihad Ahmetin idarə etdiyi "VAZ-21013" markalı maşın Hacıbəy Dinbazovun idarə etdiyi "Opel" markalı və Nizami Qəribovun idarə etdiyi "Chevrolet" markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində Matuk Ahmedin sərnişini, Suriya vətəndaşı Halak Caval aldığı xəsarətdən hadisə yerində ölüb. Matuk Ahmed və digər avtomobillərin sürücüləri xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti