Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir T.Cəfərov/
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov İrana səfər edəcək.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri çərşənbə axşamı Trend -a bildirib ki, Əsədov iranlı həmkarı Əli Laricaninin dəvəti ilə sabiq spiker Qulaməli Həddad Adilin səfərinə cavab olaraq fevralın 20-dən sonra Tehrana səfər edəcək.
İsgəndəri əlavə edib ki, səfər zamanı Əsədovun İran Prezidenti Mahmud Əhmədinjead, xarici işlər naziri Mənuçöhr Müttəki və digər rəsmilərlə görüşləri olacaq.