Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin yaz sessiyası bu gün öz işinə başlayıb.
"Yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2009-cu ildə büdcənin icrası ilə bağlı məsələ müzakirə olunacaq", - Trend -un məlumatına görə, bazar ertəsi Milli Məclisin sədri Oqtay Əsədov bildirib.
Əsədovun sözlərinə görə, sessiya müddətində Hesablama Palatasının və Ombudsmanın da hesabatları dinləniləcək.
Spiker 2009-cu ilin payız sessiyası zamanı parlamentdə 80-ə yaxın qanun və qərarın qəbul olunduğunu da qeyd edib. "Ötən sessiyada Milli Məclisin üzvləri 21 ölkəyə səfər edib, Azərbaycana isə 15 beynəlxalq təşkilatın nümayəndələri gəliblər", - Əsədov qeyd edib.