Azərbaycanda Çin vətəndaşını oğurlayan əcnəbilər saxlanılıb - DİN

Siyasət Materials 8 Yanvar 2010 14:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumat görə, bu il yanvarın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Çin vətəndaşı Zhanq Yaoqin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək həmin gün saat 02.00 radələrində həyat yoldaşı Zhanq Venilin 8-ci kilometr qəsəbəsində özünə məxsus olan Opel Astra avtomobili ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanması və azad olunması müqabilində 300 min ABŞ dolları tələb olunması barədə məlumat verib.
Azərbaycanda Çin vətəndaşını oğurlayan əcnəbilər saxlanılıb - DİN

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Çin vətəndaşını oğurlayan əcnəbilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumat görə, bu il yanvarın 6-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Çin vətəndaşı Zhanq Yaoqin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək həmin gün saat 02.00 radələrində həyat yoldaşı Zhanq Venilin 8-ci kilometr qəsəbəsində özünə məxsus olan Opel Astra avtomobili ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanması və azad olunması müqabilində 300 min ABŞ dolları tələb olunması barədə məlumat verib.

DİN və MTN əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılıb və təxirəsalınmaz tədbirlər nəticəsində müəyyən edilib ki, Venil yanvarın 5-də həyat yoldaşı ilə birlikdə 8-ci km qəsəbəsində yaşayan həmyerlisi Li Vinin evinə qonaq gedib. O, təxminən 02.00 radələrində həyətə çıxıb və geri qayıtmayıb.

Səhəri gün Zhanq Venilə məxsus mobil telefondan həyat yoldaşına zəng vuran naməlum şəxslər onun Çin vətəndaşları tərəfindən oğurlandığnı bildirib və azadlığa buraxılması müqabilində pul tələb ediblər.

Həmin şəxslər polisə xəbər veriləcəyi və pulun ödənilməyəcəyi təqdirdə Venilin öldürüləcəyini bildiriblər.

Yanvarın 7-də girov götürülmüş Çin vətəndaşının həyat yoldaşının mobil telefonuna zəng vuran şəxslər Venilin kəsilmiş barmağının yaşadığı evin həyətinə atıldığını bildiriblər. Zərərçəkənin kəsilmiş barmağı evin həyətindən tapılıb.

Həmin gün həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Çin vətəndaşları Li Jien Vei, Zenqo Van, Vanq Liyonq, Vanq Konqyonq və Zinq Laxu saxlanılıb.

Onların yaşadıqları evdən cinayətdə istifadə olunmuş maskalar, bıçaqlar, balta, dəmir dəyənəklər, mobil telefonlar və s. aşkar edilərək götürülüb.

Gözləri yapışqanlı lentlə sarılmış Venil girovluqdan azad edilib.

Faktla bağlı DİN-in Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin adam oğurluğu (144.1) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti