Gürcüstan, Tbilisi, 29 yanvar / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstan DİN-də Niderland, Polşa və Estoniyadan olan ekspertlərin miqrasiya məsələləri üzrə görüşü olub. Gürcüstan DİN-nin Trend -a verdiyi məlumata əsasən, ekspertlər Beynəlxalq Əlaqələr üzrə İdarənin rəhbəri, Mühafizə Polis Departamenti və Xüsusi Operativ Departamentin əməkdaşları ilə görüşəcək.
Görüş Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq mərkəz və Danimarka Qaçqınlar Şurasının həyata keçirdiyi və Avropa Komissiyasının dəstəklədiyi "Operativ səviyyəyə qayıtma posesinin dəstəklənməsi" layihəsi çərçivəsində keçirilib.
Tərəflər Gürcüstanın DİN tərəfindən həyata keçirilən mütəşəkkil cinayətkarlığa dair mübarizə, qanunsuz miqrasiya, sərhədlərin mühafizəsi, həmçinin, önləyici tədbirlər və bu istiqamətdəki planları müzakirə ediblər.