...

Gəncədə "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib

Cəmiyyət Materials 7 İyul 2010 18:04 (UTC +04:00)
Gəncədə çərşənbə günü "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Məlumatı Mətbuat Şurası yayıb.
Gəncədə "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Gəncədə çərşənbə günü "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Məlumatı Mətbuat Şurası yayıb.

Tədbiri açan Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov respublikada aparılan geniş quruculuq işlərinin media sahəsinə də sirayət etdiyini bildirib. Ölkə Prezidentinin milli mətbuatın 135 illiyinin keçirilməsi barədə sərəncamını bu baxımdan şərh edən Sadıqov yubiley tədbirlərindən birinin Gəncədə baş tutmasını şəhərin Azərbaycan jurnalistikasında oynadığı müstəsna rolla əlaqələndirib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ölkədə media sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Mehdiyev dövlət başçısının Azərbaycan milli mətbuatının 135 illik yubileyi haqqında sərəncamından geniş söhbət açaraq sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bir sıra bölgələrdə konfransların təşkil olunacağını vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər" mövzusunda məruzə edib. Şura sədri "Əkinçi" qəzetinin mövzu dairəsi, digər xüsusiyyətləri ilə bağlı statistik məlumatlar səsləndirib. Həsən bəy Zərdabinin nəşrin fəaliyyətə başlamasındakı roluna diqqət çəkən Amaşov görkəmli alimin fədakar əməyinin Azərbaycanın çağdaş mediası üçün örnək olduğunu deyib.

Məruzə ətrafında çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərli dövlət başçısının milli mətbuatının 135 illik yubileyinin keçirilməsi barədə sərəncamını ölkədə mediaya göstərilən diqqət və qayğının sistemli nümunələrindən biri kimi xarakterizə edib. Bunun daim prioritet təşkil etdiyini deyən icraçı direktor mövcud istiqamətdəki fəaliyyətin bariz nümunəsi kimi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasına diqqəti çəkib. Səfərli rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlərdən də ətraflı söhbət açıb.

MŞ İdarə Heyətinin üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, respublikanın bütün sahələrində inkişaf, cəmiyyət həyatında baş verən yeniliklər mətbuat sahəsinə də sirayət etməkdədir. Ölkə Prezidentinin son illər imzaladığı fərman və sərəncamların buna yönəldiyini vurğulayan Sadıqov mövcud prosesin mətbuat sahəsində saflaşmanı zəruriləşdirdiyini deyib. Millət vəkili, həmçinin Mətbuat Şurasının son illər medianın təmiz adının bərqərarı istiqamətindəki işlərindən bəhs edərək kütləvi informasiya vasitələrinin cəmiyyətin həyatına daha yaxından qoşulmasının qaçılmaz prosesə çevrildiyini önə çəkib.

Xəbər lenti

Xəbər lenti