Bu günlərdə Böyük Britaniyada "ARAZ Azərbaycan" qəzeti işıq üzü görüb. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Böyük Britaniyanın paytaxtı Londonda nəşr olunan "ARAZ Azərbaycan" yalnız bu ölkə ərazisində deyil, bütün Avropada yayılacaq. Qəzet Britaniyada yaşayan və təhsil alan bir qrup azərbaycanlı gəncin səyləri və ilk universal musiqi məktəbi "All Talents Music School"un rektoru Hicran Seyidovanın himayəsi sayəsində işıq üzü görüb.
"Londonda Azərbaycan Gənclər Klubu"nun rəhbəri Iüsal Həmzəyev bildirib ki, Avropadaki diasporumuzun fəaliyyəti, Azərbaycan haqqında maraqli xəbərlər, Qarabağla bağlı həqiqətləri oxucularına çatdıracaq. Qəzet ilkin olaraq ayda bir dəfə 24 səhifədən ibarət olmaqla 5 min nüsxədə nəşr ediləcək. Qəzetin materialları Azərbaycan və ingilis dillərində veriləcək.