Bakı.Trend:
“Brent” markalı neftin orta qiyməti yanvar ayında bir barrel üçün 67 dollar təşkil edib ki, bu 2025-ci ilin sentyabr ayından bəri ən yüksək göstərici sayılır.
Bu barədə Trend Enerji İnformasiyası İdarəsinə (EIA) istinadən xəbər verir.
Bildirilir ki, qiymət artımı əlverişsiz hava şəraiti səbəbindən qlobal neft tədarükündə yaranmış fasilələr, həmçinin İran ətrafında gərginliyin artması ilə əlaqədar olub ki, bu da bazara əlavə təzyiq göstərib.
“Bu qısamüddətli amillərə baxmayaraq, 2026-cı ildə neft qiymətlərinin azalacağını gözləyirik. Belə ki, qlobal istehsal qlobal tələbi üstələyəcək və bu da neft ehtiyatlarının artmasına gətirib çıxaracaq. Proqnozlara görə, qlobal ehtiyatlar 2027-ci ildə də artmaqda davam edəcək.
Proqnozumuza əsasən, Brent markalı neftin orta qiyməti 2026-cı ildə bir barel üçün 58 ABŞ dolları, 2027-ci ildə isə 53 ABŞ dolları təşkil edəcək”, – EIA qeyd edir.
Qeyd edək ki, EIA-nın 2026-cı ilin yanvar ayı üzrə qısamüddətli enerji proqnozuna əsasən, Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatının 2026 və 2027-ci illərdə orta hesabla günə 0,54 milyon barel təşkil edəcəyi gözlənilir.
