...

"Mançester Yunayted" "Real"a 40 milyon avro ödəməyə hazırdır

İdman Materials 10 Fevral 2026 17:13 (UTC +04:00)
"Mançester Yunayted" "Real"a 40 milyon avro ödəməyə hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real"ın müdafiəçisi Eder Militao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" braziliyalı futbolçunu transfer etmək istəyir.

"Qırmızı şeytanlar" Militaonu yayda heyətinə qatmağı planlaşdırır. "Mançester Yunayted" 28 yaşlı mərkəz müdafiəçisi üçün "kral klubu"na 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Real" Eder Militaonu 2019-cu ilin yayında "Portu"dan 50 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətndə meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti