...

Prezident Tramp kimi Prezident İlham Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir – Vens

Siyasət Materials 10 Fevral 2026 20:27 (UTC +04:00)
Prezident Tramp kimi Prezident İlham Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir – Vens
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident Tramp kimi Prezident İlham Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir.

Trend xəbər verir ki, bu sözləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Şəxsən öz tərəfimdən qeyd edim ki, mən burada olmaqdan çox şadam. Enişdən əvvəl işçilərimə deyirdim ki, Prezident Tramp kimi Prezident İlham Əliyev də dünyada türklər və israillilər ilə həqiqətən yaxşı münasibətlərə malikdir.

Həmçinin birincisi, burada yeməklər çox ləziz olmalıdır. İkincisi isə ölkə başçısı həqiqətən cəlbedici şəxsdir. Mən təsdiqləyə bilərəm ki, o, çox cəlbedicidir. Bir az sonra biz yeməkləri dadacağıq və əminəm ki, o da ləziz olacaq", - deyə Cey. Di. Vens bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti