...

Azad edilmiş bir sıra kəndlərin elektrik təchizatı ilə təmini 15,4 milyon manata başa gələcək

Energetika Materials 10 Fevral 2026 15:00 (UTC +04:00)
Azad edilmiş bir sıra kəndlərin elektrik təchizatı ilə təmini 15,4 milyon manata başa gələcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocavənd, Ağdərə və Xocalı rayonlarının bir sıra kəndlərinin xarici və daxili elektrik təchizatının təmin olunması işləri həyata keçiriləcək.

Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

Belə ki, görüləcək işlər çərçivəsində Xocavənd şəhərinin, Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsinin və Sos kəndinin, Ağdərə rayonu Vəngli, Çıldıran, Heyvalı və Kolatağ kəndlərinin, Xocalı rayonu Xanabad və Şuşakənd kəndlərinin elektrik təchizatı ilə təmin olunması layihəsi çərçivəsində Ağdərə rayonu Vəngli, Çıldıran, Heyvalı, Kolatağ, Qozlu, Qozlukörpü və Həsənriz kəndlərinin xarici və daxili elektrik təchizatının təmin olunması işləri aparılacaq.

“Azərişiq” ASC hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda ASC qeyd olunan işlərin 15,4 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti