...

Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb

Hadisə Materials 11 Fevral 2026 10:25 (UTC +04:00)
Ötən gün ölkə ərazisində qanunsuz silah-sursat aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fevralın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 10 tüfəng, 2 patron darağı və 221 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Fevralın 10-da ümumi çəkisi 62 kiloqrama yaxın narkotik vasitə və 3902 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti